Bu ölkə Rusiya neftindən tamamilə imtina etdi

Baxılıb:52
Bu ölkə Rusiya neftindən tamamilə imtina etdi

Polşanın “Orlen” yanacaq konserni Rusiya xammalından tamamilə imtina etməyə hazırdır.

Bunu “Orlen” İdarə Heyətinin sədri İrineuş Fafara bildirib. RAR agentliyinə müsahibəsində o, ölkənin neft emalı zavodlarının “şərqdən xammaldan istifadə etmədiyini” deyib.

Bu arada, Rusiya xammalı indi Çexiyadakı bir “Orlen” neft emalı zavodunda istifadə olunur. “Orlen Group” idarə heyətinin rəhbərinin sözlərinə görə, Rusiya neftindən tamamilə imtina etməyə hazırdır. Onun fikrincə, əsas məqam Çexiyada nəqliyyat infrastrukturunun genişləndirilməsidir.

2022-ci ilin yazında Varşava Rusiya neftini tədarük etməkdən tamamilə imtina etdi, “Rosneft” ilə müqaviləni yeniləmədi və “Tatneft” ilə müqavilə öhdəliklərinə xitam verdi.


Abunəlik