Bu ölkə QARIŞDI – Tələbələr 3 körpünü BAĞLADILAR
Serbiyanın şimalındakı Novi Sad şəhərində tələbə etirazçılar şəhərin üç körpüsünü bağlayıblar.
Bu barədə “Srbija Danas” məlumat yayıb.
Portalın məlumatına görə, tələbələr saat 15:00-dan (Bakı vaxtı ilə 18:00) Azadlıq körpüsü, Varadin körpüsü və Jezhelev körpüsünün qarşısını kəsiblər. Şəhərdə baş verən faciədən 3 ay sonra keçirilən aksiyada Belqrad tələbələri də iştirak edir. Onlar vağzal binasına gül dəstələri düzüblər və 24 saat ərzində Azadlıq körpüsündə nəqliyyatın hərəkətini dayandırmağı planlaşdırırlar.
Keçən il noyabrın 1-də günorta saatlarında Novi Sadda dəmiryol vağzalı binasının giriş qapısının üstündəki şüşə, metal və beton örtük çökmüşdü. Hadisə nəticəsində çox sayda insan yaralanıb.
Kanopun yenidən qurulması nəzərdə tutulurdu, lakin iş heç vaxt baş tutmadı. Bundan sonra şəhərdə etiraz aksiyaları başlayıb, iştirakçılar Novi Sadın keçmiş meri və keçmiş baş nazir Miloş Vuçeviç və hazırkı meri Milan Curiçin istefasını, həmçinin stansiyanın yenidən qurulması zamanı səhvlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.