Bu ölkə də 15 rus diplomatını ölkədən çıxarmaq qərarı verdi

Baxılıb:182
Bu ölkə də 15 rus diplomatını ölkədən çıxarmaq qərarı verdi

Danimarka Buçada mülki şəxslərin öldürülməsi və kütləvi məzarlıqların aşkarlanması xəbərindən sonra 15 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib. 


Aztimes.az-ın məlumatına görə, mövzu ilə bağlı açıqlama verən Danimarka xarici işlər naziri Jeppe Kofod ölkədə diplomat kimi qeydiyyatda olan 15 rusiyalı “kəşfiyyatçı”nın deportasiya edilməsinə qərar verildiyini bildirib.

Kofodun açıqlamasına görə, sözügedən şəxslərin Danimarka ərazisində casusluq etdiyi müəyyən edilib.

RİA agentliyinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Danimarkanın addımına cavab verəcək.


Abunəlik