Bu ölkə 8 nüvə reaktoru tikəcək

Baxılıb:224
Bu ölkə 8 nüvə reaktoru tikəcək

Britaniya hökuməti enerji sektorunda xaricdən asılılığı azaltmaq və enerji qiymətlərinin artması ilə mübarizə məqsədilə 8 yeni nüvə reaktorunun tikiləcəyini açıqlayıb.

Aztimes.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hökumətin bu kontekstdə istifadə etmək üçün təxminən 120 milyon funt sterlinqlik yeni resurslar ayıracağı bildirilib.

Rəhbərliyin İngiltərənin cənubunda “Hinkley Point C” atom elektrik stansiyası qurmaqda qərarlı olduğu vurğulanıb.

Elektrik stansiyasının ilk reaktorunun 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Fransanın enerji şirkəti EDF tərəfindən həyata keçirilən layihənin başa çatması ilə 6 milyon ev təsərrüfatının 60 il müddətində 3,2 giqavat enerji ilə təmin edilməsi planlaşdırılır.

Britaniya hökuməti 2030-cu ilə qədər ölkənin enerji ehtiyacının 95 faizini aşağı karbonlu mənbələrdən ödəməyi planlaşdırır.


Abunəlik