Bu mövqedə dünyanın ən yaxşısı Salahdır
Məhəmməd Salah ESPN-ə görə dünyanın ən yaxşı cinah oyunçusudur.
ESPN hazırda dünyanın ən yaxşı 100 futbolçusunun siyahısını tərtib edərək, onu əsas mövqelərə görə 7 reytinqə bölüb. Ən yaxşı cinah oyunçularının siyahısına 20 oyunçu daxildir. İlk onluğu təqdim edirik:
1.Məhəmməd Salah (“Liverpul”);
2.Lamin Yamal (“Barselona”);
3.Rafinya Dias (“Barselona”);
4.Vinisius Junior (“Real”);
5.Usman Dembele (PSJ);
6.Bukayo Saka (“Arsenal”);
7.Xviça Kvaratsxeliya (PSJ);
8.Lionel Messi (“İnter Mayami”);
9.Niko Uilyams (“Atletik”);
10.Rodriqo (“Real”).