“Bu məmurlar işdən çıxarılacaq və həbs ediləcək” – Millət vəkili

Baxılıb:211
“Bu məmurlar işdən çıxarılacaq və həbs ediləcək” – Millət vəkili

“Son illər Azərbaycanda bir çox məmurlar cəzalandırılıb, hətta həbs olunan məmurların da sayı kifayət qədərdir. Təəssüf ki, yenə də bəzi qurumların rəhbərləri, bəzi icra başçıları Prezidentin xəbərdarlıqlarından və cəza tədbirlərindən nəticə çıxarmırlar”.

Aztimes.az xəbər verir ki, Bu fikirləri KONKRET.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib. Prezident İlham Əliyevin dünən yerli telekanallara verdiyi müsahibə zamanı korrupsioner məmurlara etdiyi xəbərdarlıqlara münasibət bildirən deputat C.Məmmədov qeyd edib ki, ölkə başçısının söylədiyi fikirlərdə çox incə məqamlar var:

“Təbii ki, dövlət məmurları, icra başçıları içərisində cənab Prezidentin tapşırıqlarını, təlimatlarını sonuna qədər yerinə yetirənlər var. Prezident müsahibə zamanı çox maraqlı fikirlər söylədi, eləcə də “ayı xidməti” ifadəsini işlətdi. Bütün məmurlar bilməlidirlər ki, Azərbaycanda məmurların fəaliyyətinə çox ciddi nəzarət var və müxtəlif cəza tədbirləri də nəzərdə tutulub. Görünən budur ki, bundan sonra da hansı məmur qanunazidd addımlar atacaqsa, aqibəti yaxşı olmayacaq. Məmurlar qanuna əməl etməyəcəklərsə, işdən də çıxarılacaqlar, həbs də ediləcəklər. Vəzifə yüksə etimad deməkdir. Kimsə vəzifəyə təyin olunursa, o anlamalıdır ki, bundan sui-istifadə etməməlidir. Ancaq çox təəssüflər olsun ki, həbslərdən və cəza tədbirlərindən sonra fərqli mənzərənin şahidi olmadıq, onlar yenə də öz əməllərini davam etdirirlər”.


Abunəlik