Bu kurort şəhərində selfi çəkən turistlər CƏRİMƏLƏNƏCƏK

Baxılıb:147
Bu kurort şəhərində selfi çəkən turistlər CƏRİMƏLƏNƏCƏK

İtaliyanın Portofino kurort şəhərinin administrasiyası turistlər üçün yeni cərimələr tətbiq edib. Belə ki, şəhərdə çox uzun müddət selfi çəkdirən turistlər 275 avro cərimələnəcək.

Şəhərin iki mənzərəli yeri məhdudiyyətlərə məruz qalıb.

Məlumata görə, kurort şəhərində 500-ə yaxın insan yaşayır, lakin yayda məşhurlar da daxil olmaqla minlərlə turist gəlir.

Bildirilib ki, şəkil çəkdirən turistlərin bir yerdə toplanması şəhərin təcili xidmətləri üçün ciddi maneə yaradır.

Qeyd olunub ki, məhdudiyyətlər oktyabrın 15-dək davam edəcək, səhər saat 10:30-dan axşam 18:00-a qədər qüvvədə olacaq.


Abunəlik