Bu içkilər sizdə daha tez asılılıq yarada bilər
Faiz dərəcəsi çox olan spirtli içki asılılığın yaranması üçün digər alkoqollu içkilərdən daha çox şərait yaradır.
Bunu diyetoloq Mixail Ginzburg deyib.
Mütəxəssis qeyd edib ki, “içki içən şəxs faiz dərəcəsi yüksək olan spirtli içki qəbul etməyə öyrəşdikdə, o, digər spirt növlərini qəbul etmir və bu getdikcə daha təhlükəli hal almağa başlayır. Beləliklə, ona “zəruri doza” olaraq yalnız güclü spirt lazım olur. Bu səbəbdən intoksikasiya daha da güclənir və ağırlaşır”.
Eyni zamanda, Ginzburqun fikrincə, faiz dərəcəsi yüksək olan spirtli içki sinir sisteminə, beyinə, ürək və qan damar sisteminə də pis təsir göstərir.