Bu gün onların günü- Facebook fenomenlərinin qız övladları -FOTO
Oktyabrın 11-i “Beynəlxalq Qız Uşağı Günü”dür. Bu gün uşaq yaşlarında ərə verilmə də daxil edilməklə, müxtəlif problemlərlə üzləşən qız uşaqlarının hüquqlarının müdafiəsinə həsr edilib.
“Qız Uşaqları Gəlin Deyil” təşkilatının hesablamalarına görə, uşaq yaşlarında ərə verilən qızların sayı sürətlə artır.
Təşkilat azyaşlıların evliliyinin təbii və himanitar fəlakətlərə səbəb olduğunu deyərək, dünya boyu hökumətləri uşaq evliliyinə son qoyulması yolunda iş aparmağa çağırır.
Bu gün əksərimizin evində qız övladı böyüyür. Qızlara ” kor bağırsaq” kimi baxmayaq. “Qzını bələ, cehizin elə” atalar sözünü öz şüar siyahımızdan birdəfəlik silək. Onların Cehizlərinə xərclədiyimiz pulu təhsillərinə, dünya görüşlərinin inkişafına yönəldək. Çünki, qızı olan valideynlərin məsuliyyəti daha böyükdür. Biz qız yox, bir cəmiyyət böyüdürük. Qız anadır. Bu gün bzim gözümüz qarşısında oynayan, gülən, şıltaqlıq edən o körpə gələcək ailənin ayaqda durmasını təmin edən SÜTUNdur. Onları qoruyaq. Bayramınız mübarək QIZLAR!!!
Pərvin Abışova / AzTimes.az/