Bu gün Lütfi Zadənin doğum günüdür

Baxılıb:187
Bu gün  Lütfi Zadənin  doğum günüdür

Aztimes.az xəbər verir ki,  Bu gün dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.Lütfi Zadə 1921-ci ilin  məhs bu günündə Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ) ailəsində dünyaya gəlmişdi.  Maraqlı həyat yolu keçən alimi tale uzaq ABŞ-da yaşamağa vadar etsə də o, hər uğurunu doğma vətəninin adı ilə bağlayırdı.

O, süni intellekt sahəsində qeyri-səlis məntiqnəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olub. Lütfi Zadə bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 19902000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılmışdır.

Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktoru idi. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri idi.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir. Torpağı dinc olsun.

Pərvin Abışova.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir