Bu gün işdən azad olunan İradə Gülməmmədovanın əmlaklarının siyahısı YAYILDI

Baxılıb:471
Bu gün işdən azad olunan İradə Gülməmmədovanın əmlaklarının siyahısı YAYILDI

Bu gün işdən azad olunan İradə Gülməmmədovanın əmlaklarının siyahısı paylaşılıb :

?️Varovski qəsəbəsində “Vimay – Med” klinikası, “Af – Gen” klinikası;

?️Binəqədi rayonu, “Varovski”də 4 mərtəbəli villa və “Zümrüd” uşaq bağçası;

?️Binəqədi rayonu, 9-cu mikrorayonda “Zeytunluq”da 20 sot torpaqda üçmərtəbəli villa;
Qeyd edək ki, “Zeytunluq” adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyon manata başa gəlib.

?️Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası;

?️Görədil və Masazır qəsəbələrində villası;

?️Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil;

?️Bakı şəhərində apteklər şəbəkəsi;

?️Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi;

İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının vasitəsi ilə Gürcüstana keçirildiyi haqqında da məlumatlar var.

Mənbə: Mehriban Sadıqova


Abunəlik