Bu gün ermənilər Bakı sakinlərinə elə bir soyqırım etdilər ki…QAN YADDAŞI
9 fevral 1905-ci il…
Ermənilərin Rusiyanın təhriki ilə Bakıda azərbaycanlılara qarşı törətdikləri 3 gündavam edən dəhşətli qətliam, şiddətli soyqırım axşama yaxın səngiyir. Amma bu günün özündə də ermənilər tərəfindən onlarla azərbaycanlı öldürülür.
9 fevral 1919-cu il…
Erməni silahlı quldur birləşmələri Zəngəzur mahalının Dovoris Azərbaycan kəndini çapıb talayırlar, kəndlilərə işgəncə verilir…
9 fevral 1992-ci il…
Surxavənd kəndi ərazisində qanlı döyüşlər gedir. İtkilər olur.
9 fevral 1992-ci il…
Erməni yaraqlıları Şuşa rayonunun Malıbəyli kəndinə hücum edir. 1 nəfər qətlə yetirilir, 16 nəfər yaralanır. Kənd ərazisinin bir hissəsi işğal edilir.
9 fevral 1993-cü il…
Kəlbəcər rayonunun ərazisində “Xaçlar İttifaqı” terror təşkilatının özəyi yaradılır. Hüquqşünas Vano Xanzadyan özəyə rəhbər təyin olunur.
9 fevral 1993-cü il…
Ağdam rayonunun Cinli kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Dağıntılar və tələfat olur.
9 fevral 1993-cü il…
Bütün Ağdam cəbhəsi boyu vəziyyət son dərəcə ağırlaşır. Şəhər və ətraf kəndlərdə çoxlu dağıntılar törədilir. Düşmən Ağdamkənd və Xocavənd istiqamətlərində hücum edir.
Hücum Şelli kəndi ərazisində dayandırılır.
Şelli, Xramort və Ergi istiqamətlərində cəbhə xəttinin yarılmasına cəhd göstərilir. Ergi düzündə qızğın döyüşlər gedir. Papravənd, Boyəhmədli, Şahbulaq kəndləri və Ağdam şəhəri ermənilər tərəfindən güclü atəşə tutulur. Ölənlər, yaralananlar və dağıntılar olur.
9 fevral 1994-cü il…
Erməni hərbi birləşmələri gecə ordumuzun Tərtər rayonundakı mövqelərinə qəflətən hücumlar edir. İtkilər olur…
9 fevral 1994-cü il…
Azərbaycanın “Xudat” stansiyasında ehtiyat yolda dayanan yük vaqonu partladılır. Dövlətə külli miqdarda ziyan dəyir.
Cəmil Məmmədli/AzTimes.az/