Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarının AD GÜNÜDÜR… TƏBRİK EDİRƏM!!!-Jurnalist Aybəniz ABDULOVA

Baxılıb:1597
Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov cənablarının AD GÜNÜDÜR… TƏBRİK EDİRƏM!!!-Jurnalist  Aybəniz ABDULOVA

Çox hörmətli cənab Nazir!!!
   Belə bir  xoş gündə, Sizin doğum gününüzdə  Sizi təbrik edib, gözəl arzular diləmək bir media işçisi  kimi  bizim borcumuzdur… 
Bu bir danılmaz  faktdır ki, dəfələrlə  problemimiz,  şikayətimiz olanda ilk Sizə müraciət etmişik. Siz də şikayətlərə dərhal reaksiya verib, bizə dəstək olmusunuz. 
     Cənab Nazir!!! Şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür,  şərəfli və çətin peşənizdə  uğurlar arzulayıram.
    Bəli, Siz olduqca çətin və şərəfli bir xidmətdəsiniz.  Bir media əməkdaşı kimi Sizin yüksək  intellektual peşəkarlığınızı, ölkəmizə göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm.  Sizə güvənirəm. Sizin  qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirəm. Bir sözlə, bu gün  təhlükəsizliyimin qorunması üçün Sizə sonsuz minnətdaram. 
Sizin vicdanlı  xidməti fəaliyyətiniz, Dövlətimizin və vətəndaşlarımızın   təhlükəsizliyi  naminə yorulmadan çalışmağınız yüksək hörmətə, alqışa layiqdir.
Uca Tanrı  Sizi  və ümumillikdə Azərbaycan Polisini qorusun! 

AYBƏNİZ ABDULOVA,
“Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü”, yazar,
jurnalist-araşdırmaçı. 


Abunəlik