Bu gün bizim həkimin doğum günüdür

Baxılıb:304
Bu gün bizim həkimin doğum günüdür

Bu gün Referans klinikasının əsas simalarından biri olan Ariz Cəbrayılovun doğum günüdür. Ariz həkimlə tanışlığımız uzun müddətə dayanmasa da ilk görüşdən illərin dostu təəssüratını yaradan nadir insanlardandır .
Ariz Cəbrayılovun 44 günlük Vətən müharibəsi zamanı bir tibb işçisi kimi xidmətləri də danılmazdır .Onun yaralı əsgərlərimizə münasibəti indi müharibə iştirakçılarının şirin xatirələrinə çevrilib .
Referans klinikasına gəlişi ilə klinikaya yeni abu -hava gətirən Ariz Cəbrayılov burada kreativlik nümayiş etdirərək müəssisənin digər özəl sektorlardan tam fərqli tanıtımını cəmiyyətə təqdim edir. Onun sayəsində Referans klinikasına qısa zaman kəsiyində ölkənin ən peşəkar və gənc kadrları cəlb olunub. Bu nailiyyətlərin silsilə olacağına inanırıq
AzTimes.az xəbər portalının və izləyicilərinin adından Ariz Cəbrayılovu səmimi qəlbdən təbrik edir, ona can sağlığı , daha bol uğur arzu edirik.
Doğum gününüz mübarək!
AzTimes.az


Abunəlik