Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür

Baxılıb:170
Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür

Düşmənlərimizin qorxulu yuxusuna çevrilən Hərbi Hava Qüvvələri günü münasibətilə bütün hərbçilərimizi, hərbçi pilotlarımızı təbrik edir, onlara ilin bütün fəsillərində aydın və təhlükəsiz səma arzulayırıq.

44 günlük Vətən müharibəsində Hərbi Hava qüvvələri Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün “Qarabağ mücrüsü” adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlamışdır. Bu şərəfli Peşədə vətən yolunda canından keçən pilotlarımızı unutmuruq şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızı böyük ehtiram və qürur hissi ilə yad edir, Allahdan rəhmət diləyirik.
Məkanınız Cənnət olsun!

Millət vəkili Hicran Hüseynova


Abunəlik