Bu gün Azərbaycan Qran-prisi başlayır
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
“Report”un məlumatına görə, sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə “Formula 2″də sərbəst yürüş və sıralama turu, “Formula 1″də isə 2 sərbəst yürüş gerçəkləşəcək.
Qran-priyə “Formula 2” pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda “Formula 1″də ikinci sərbəst yürüş başa çatmış olacaq.
İyunun 5-də “Formula-2″də sprint yarışları, həmçinin “Formula-1″də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
İyunun 6-da ilk olaraq “Formula-2″də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da “Formula 1″də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.
İlk 5 mərhələdən sonra “Red Bull”un sürücüsü Maks Ferstappen 105 xalla birinci, “Mercedes”dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk “3-lüy”ü 56 xalla “McLaren”in pilotu Lando Norris qapayır.
Komanda hesabında da “Red Bull” 149 xalla bütün rəqiblərini qabaqlayıb. “Mercedes” 148 xalla ikinci, “McLaren” 80 xala üçüncü sırada yer alıb.
Azərbaycan Qran-prisinin proqramı
4 iyun
“Formula-2”
Saat. 10:25-11:10 – Sərbəst yürüş
“Formula-1”
Saat. 12:30-13:30 – I sərbəst yürüş
“Formula-2”
Saat. 14:30-15:00 – Sıralama turu
“Formula-1”
Saat. 16:00-17:00 – II sərbəst yürüş
5 iyun
“Formula-2”
Saat. 11:25-12:15 – Sprint yarışı
“Formula-1”
Saat. 13:00-14:00 – III sərbəst yürüş
“Formula-1”
Saat. 16:00-17:00 – Sıralama turu
“Formula-2”
Saat. 17:40-18:30 – Sprint yarışı
6 iyun
“Formula-2”
Saat. 12:45-13:50 – Əsas yarış
“Formula-1”
Saat. 14:10-14:50 – Pilotların təqdimatı
Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi
Saat. 16:00-18:00. Əsas yarış