Bu gün AMEA-ya yeni prezident seçiləcək

Baxılıb:173
Bu gün AMEA-ya yeni prezident seçiləcək

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.

Aztimes.Az  xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.

Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.


Abunəlik