Bu ərizələrə görə 100 manat dövlət rüsumu ödəniləcək

Baxılıb:19
Bu ərizələrə görə 100 manat dövlət rüsumu ödəniləcək

Azərbaycanda təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun icrası ilə əlaqədar hazırlanan sənəddə qeyd edilib ki, qanuna bununla bağlı yeni maddə əlavə olunur.

Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.


Abunəlik