BŞTİ səs yazısı yayılan məktəb direktoru ilə bağlı açıqlama YAYDI

Baxılıb:313
BŞTİ səs yazısı yayılan məktəb direktoru ilə bağlı açıqlama YAYDI

BŞTİ- dən AzTimes.az- ın sorğusuna cavab olaraq bildirilib:

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq. “Son zəng” tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Abunəlik