BŞTİ-nin məlumatı: “İddialarla bağlı 308 saylı məktəbdə araşdırma aparılacaq”

Baxılıb:149
BŞTİ-nin məlumatı:                                                                                                                                                                         “İddialarla bağlı 308 saylı məktəbdə  araşdırma aparılacaq”

Bir qrup valideyn AzTimes.az saytına müraciət edərək 308 saylı tam orta məktəbdə “Son zəng” tədbiri ilə bağlı 11-ci sinif şagirdlərindən 150 AZN-dən pul yığılmasını iddia etmişlər. Bundan əlavə yuxarı sinif şagirdlərindən dərsə davam etməmələri qarşılığında rəhbərlik tərəfindən 100 AZN ödəniş alındığı iddia olunur.

Məktəb rəhbərliyi məlumatı təkzib edib :” 308 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir. “Son zəng” tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır. Məktəbin XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.”

BŞTİ-dən qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacağını bildirilib.


Abunəlik