Braziliyada 400-ə yaxın məhbus həbsxanadan qaçdı
Braziliyanın Monqaqua (San-Paulu ştatı) şəhərində yerləşən həbsxanalardan birindən 400-ə yaxın məhbus qaçıb.
“G1” portalı xəbər verir ki, penitensiar xidmətin əməkdaşlarını əsir götürən məhbuslar yarımaçıq tipli həbsxanadan qaçdı.
Qeyd etmək lazımdır ki, polis hal-hazırda əsirlərin buraxılması barədə danışıqlar aparır.
Ətraf bölgələrdə isə müvafiq axtarışlar keçirilir.
Braziliya qanunvericiliyinə əsasən, yarımaçıq tipli penitensiar müəssisələrində silahlı nəzarətçilər olmur./oxu.az