BÖYÜK DİKTATORUN SİRLƏRİ

Baxılıb:445
BÖYÜK DİKTATORUN SİRLƏRİ

“BİTMİŞİK BİZ “
Birinci Dünya müharibəsi zamanı və ondan sonra Almaniya çətin vəziyyətdə idi : özgüvən sıfır, ətraf isə onu ələ salırdı…
Xalqın özünə olan inamı, etimadı yoxa çıxmışdı; özünəinam və üstünlüyünü geri qaytarmağı, beynəlxalq arenada özünü fərq və təsdiq etdirməyi hər şeydən çox istəyir, amma bunu necə etməli olduğunu bilmirdi. Həmin dönəmdə xalqın/toplumun bilincaltına “sən fərqlisən” fikrini yerləşdirəcək(və ciddi inandıracaq) adama ehtiyac vardı…Image result for hitlerin meyidi

NƏLƏRSƏ TƏRS GEDİR?

Birinci Dünya müharibəsindən sonra aqressiv bir gənc idi. Dəfələrlə özünü incəsənət sahəsində sınadı. Rəsm yarışmalarına qatıldı, amma qəbul olunmadı: istedadsızlığını üzünə deyib kənarlaşdırdılar. Deməli, sənət sahəsi ondan uzaq idi…
Deməli, hədəf başqa tərəfə yönəlməli…Hitler manipulyasiyaya S Ö Z təsirini kullanmaqla başladı.

SÖZLƏR, SÖZLƏR VƏ CİDDİYYƏT.

Harda bir toplantı, yığıncaq görsə, tez çıxıb nitq söyləyir, ortaya fikirlər qoyurdu. Kiçik yığıncaqlarda və tədbirlərdə davamlı olaraq nitqlər söyləməyə başladı…
Onun nitqləri, adətən, ciddi, əmin, amma aqressiv olurdu. Heç bir əks fikir onun qoyduğu təklif və ideyalara inamının qarşısını tuta bilmirdi…

“ÜSTÜN YARADILMIŞ, AMMA ƏZİLƏN XALQIM, SƏNİ GÖZƏL ANLAYIRAM”

Adolf alman xalqının nə eşitmək istədiyini yaxşı bilirdi. O da xalqı kimi əzilmişdi, onun da alman xalqı kimi çəkə bilmədiyi şeylər vardı; ona görə də Adolf :

1. Doğru zamanda, doğru məkanda doğru cümlələr qurdu.
2. Xarici görünüşünü dəyişdirmədi: siyasətçilərin məcburiyyət səbəbindən riayət etməli qaydalara qəsdən riayət etdi- həmişə eyni imic, səliqə və eyni rəngdə uniforma(zehinlərə daha yaxşı yerləşmək ).
3. Kameraları sevirdi; amma şəklini incələməyin məqsədləri özünün xarici görünüşü deyil, davranışını, jestikasını təhlil edib düzən vermək idi.

Sirayətedici ritorikası və ona gün ərzində on ədəd nitq söyləmək imkanı verən zehni vardı.
Çıxış etməzdən öncə auditoriyanı səbrlə gözdən keçirirdi.
Çıxış edərkən məqsədi dəhşət saçmaq yox, əskinə, dəstək qazanmaq idi.Related image

QADINLARIN EROTİK ARZULARININ MƏRKƏZİNDƏKİ ADAM
Adolf hər zaman tək göründü. İllərlə sevgili olduğu Yeva belə, yanında görünmürdü. Beləcə, qadınların görsəl yaddaşına “zirvədə, tək, amma güclü” imici kimi oturur, onların sevgisini əldə edirdi; qadınların ona olan marağını öz lehinə kullanırdı…

SS ƏSGƏRLƏRİNİN QƏTLİAMLARA GÖRƏ PEŞMANLIQ KEÇİRMƏMƏSİ
Bunun xüsusi səbəbi vardı- 10 il zehinlərə diqtə olunan “biz üstünük, bütün digər xalqlar pisdir, ölməyə məhkumdur” mesajı. Hitler əsgərləri etdikləri qətl və qətliamlara görə üzülməyi hətta illər sonra belə, ağlına belə gətirmirdi. Çünki özlərini üstün, digər bütün xalqları həşərat gözündə görməyə vərdişdə idi…

MƏSUM GÖRÜNMƏK

Adolf fotoşəkillərdə hər zaman ətrafında ağ rəngli geyimlərdən ibarət uşaqların yanında görünür.
Burda bir detalı diqqətinizə çatdırıram- geyimin rənginin ağ olması əbəs yerə seçilməyib. Psixologiyada ağ rəng çox önəmli rəng kimi tanınır( qarşıdurma və ya dedi-qodu sonrası tərəflərin bə ya tərəflərdən birinin mətbuat və ictimaiyyət qarşısına ağ rəngdə paltarla çıxmasını çox görürük. Məqsəd toplumun altşüuruna “mən məsumam, ləkəsizəm, pis iş etməmişəm” subliminal mesajını yerləşdirməkdir). Adolf bunu bilirdi və diqqətlə davranırdı ki, fotoşəkillərdə məsum mələk kimi qalsın.

“ƏZİZ XALQIM, ƏVVƏLKİ MÖHTƏŞƏMLİYİNİ GÖR”

Çətin dövrlərdə Adolfun hazırlatdıqları toy-bayram, şənliklər və şadyanalıqlar toplumun zehninə “hər şey qaydasındadır” mesajını yerləşdirirdi.
Adolf məşhur Prussiya imperatorluğunun möhtəşəmliyini xalqının yadına salır(“sən bu idin, hardan-hara gəldin?”), göz önündəki divarları tanınmış sərkərdələrin rəsmləri ilə bəzətdirirdi. Məqsəd xalqda özünəinam yaradıb əvvəlki möhtəşəmliyini qaytarmasını tezləşdirmək idi.

GƏNCLƏRƏ DİQQƏT, GƏNCLƏRƏ ÜFÜQ!

Adolf ölkənin gələcəyinin gənclərin əlində olduğunu da, gəncliyin zəif tərəfinin nədən ibarət olduğunu da yaxşı bilirdi və zəif tərəfindən tutub kullanmağın bütün yollarını işlətdi.
Alman gənci öz yaradıcı qüvvəsini, iradəsini, savadını heç vəchlə ictimaiyyətə təqdim edib özünü təsdiq etdirə bilmədiyi vaxtda Adolf onun “əlindən tutub irəli çəkdi”: ONLARIN ZEHNİNƏ XÜSUSİ XALQ OLDUĞUNU YERİTDİ.

Əvvəllər eyni geyimə bürünən gənclərə xüsusi geyim şəraiti verməklə həm onların öz böyük potensialını dərk və təqdim etməsi üçün şərait yaratdı, həm də onların fanatizmini öz xeyrinə kullandı: gənclərin mütləq bir favoriti olmalı idi və Adolf fanatiklərin favoriti oldu!
Gənclərə etdiyi vədlərin heç birinə riayət etmədi, fəqət, düzənli, möhtəşəm, ciddi, nizami rejim qurdu.

Adolf heç vaxt demokratiyaya inanmadı, amma demokratiyanın əli ilə irəli keçdi və keçən kimi demokratiyanı aradan götürdü.
Adolfun yöntəmləri içərisində bir yöntəm var- “mən də… Eynən mən də”. Özünü tək, köməksiz, əziyyət görmüş, sıxıntılar çəkmiş biri kimi təqdim edərək xalqın bir parçası olduğuna inandırdı: “mən bu xalq üçün həbs yatdım, ac qaldım, amma xalqa olan sevgim bitmədi”.

Hər bazar günü xalqla birgə yemək təşkil etdi…

ONUN SİRRİ- TOPLUMA YERİTDİYİ GÖRSƏL MÖHTƏŞƏMLİK İDİ.

Adolf xüsusi görüş və iclasları axşam və gecə vaxtı edərmiş: “qaranlıq qüsuru gizlədir”.

Onu heç qan tökməyən diktator kimi təqdim edirlər. Təəccübünüzü görürəm: Hitler və qan tökməmək?”.
Bəli. O, əsgərlərinin həm silahına qənaət etdirir, həm də onların psixologiyasının pozulmasından ehtiyatlanırdı. Onun hazırlatdırdığı, hamımızın bildiyi edam üçün qaz otaqları da məqsədli idi: əsgərlərini psixoloji qorumaq.

“YENİ” KƏLMƏSİImage result for hitler
Adolf bu kəlməni çox işlədirmiş.
Siyasətçi əgər bu kəlməni çox işlədirsə, deməli, nəsə var. Deməli, hazırkını bəyənmir. Yeni hökümət… Niyə məhz yeni? Bəs əvvəlki? Yenini qurmağa zərurət olmalı, elə deyil mi? Yeniyə niyə ehtiyac oldu? Əvvəlkini bəyənməmək və yıxmaq labüddür ki, yeni yaransın/yaradılsın. Deməli, əvvəlki Adolfun ürəyincə deyilmiş…..
Qəribədir ki, 85 il öncə intihar edən zalım diktaroru bu gün hələ də danışır və müzakirə edirik; yaxşını və pisi öyrənməyə çalışırıqsa, deməli, hər iki enerjisi ilə burdadır, zehinlərdədir və yaddaşlardadır.Image result for hitler ölü tapıldı

(Onun xalqını bunca təzyiq altında saxlamasına və etdiklərinə rəğmən, yenə sevilməsinin ən başlıca/dəhşətli səbəbini isə bir dəfə bir yazımda vermişəm)
Aygün Sadiq /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir