Boykot uzun sürmədi: Ermənistan hakimiyyəti yenidən Rusiyaya…
Uzun boykotdan sonra Ermənistan hakimiyyəti yenidən Rusiyaya səfərləri aktivləşdirib.
Bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr xatırladır ki, iyulun 4-6-da Milli Assambleya sədrinin müavini Akop Arşayanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Voloqda vilayətinin Çerepovets şəhərinə işgüzar səfərə gedəcək.
Nümayəndə heyətinə, həmçinin parlamentin Ərazi idarəetmə, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi komitəsinin sədri Vahe Qalumyan, CP-nin deputatı Sergey Sandikov, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Sofya Mnatsakanyan daxildir.
Nəşr yazır ki, Alen Simonyan uzun müddətdir ki, yalnız Qərb ölkələrində səyahət edir, anti-Rusiya bəyanatlarına görə o, bəlkə də Rusiya Federasiyasında arzuolunmaz məmur hesab olunur, Mariya Zaxarova ilə uzaqdan bir-birini “bombalayır”. Qeyd olunur ki, bəlkə də Simonyan Rusiyaya getməkdən yayındığı üçün son vaxtlar Akop Arşakyan işgüzar səfərlərdə və Rusiya dairələri ilə görüşlərdə iştirak edir.