Boradigah qəsəbəsindən keçən çay Ekologiya Nazirliyinə nəsə demək istəyir- VİDEO
Masallı rayonu Boradigah qəsəbəsi ərazisində yerləşən, əhalinin ” Əli çayı” kimi adlandırdığı çay demək olar ki, bütün qəsəbə boyu uzanır. Çayın heç bir hissəsində təmiz yer tapmaq mümkün deyil ki, bu şirin su hövzəsindən yararlanasan. Demək olar ki, bütün kanalizasiyalar çaya axıdılır. Təbiətin nemətinin yararsız hala salınmasında əhalinin ” tövbəsi” olduğu qədər qəsəbə icra nümayəndəliyi ilə Bədədiyyə sədri də müqəssirdir. Qəsəbə icra nümayəndəsi iddia edir ki, biz çayı tərtəmiz yigisdirmisiq, külək və yağış bu hala salır. Kim nə deyir,nə iddia edir, etsin. Kadrlara baxdığınız zaman ərazinin nə vaxt təmizləndiyini özünüz deyəcəksiniz.
Sual versəniz ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hara baxır, onu sizə növbəti yazımızda təqdim edəcəyik. Qırılan meşələrdən çıxarılaraq satılan ağacların qırıntıları dan qalxan tüstü əməkdaşların gözünü elə tutub ki, bu dəhşəti görə bilmirlər.
Pərvin Abışova AzTimes.az