“Bölüşdükcə artan sevgi ” layihəsinin hazırlıqlarına start verilib-FOTOLAR

Baxılıb:242
“Bölüşdükcə artan sevgi ” layihəsinin hazırlıqlarına start verilib-FOTOLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Azərbaycan Uşaqları İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin təşkilatçılığı ilə “Bölüşdükcə artan sevgi ” layihəsinin hazırlıqlarına start verilib. Layihənin əsas məqsədi Uşaq sığınacağı -Reinteqrasiya mərkəzinin uşaqları tərəfindən hazırlanmış hədiyyələri regionlarda ( Füzuli,Bərdə, Ağdam) yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara verərək onları sevindirmək və sevginin paylaşdıqca çoxaldığını göstərməkdir.

AzTimes.az


Abunəlik