Boğaz infeksiyası diaqnozu qoydular: Dilindən iynə çıxdı – FOTO

Baxılıb:201
Boğaz infeksiyası diaqnozu qoydular: Dilindən iynə çıxdı – FOTO

Türkiyənin İzmir şəhərində boğaz ağrısı şikayəti ilə həkimə gedən qadının dilindən iynə çıxıb.

Aztimes.az xəbər verir ki, 42 yaşlı Menemen rayon sakini Fatma Yüce dostları ilə yemək yeyəndən sonra boğazında ağrı hiss edib.

Həkimə gedən Yücəyə boğaz infeksiyası diaqnozu qoyulub.

Müayinə zamanı məlum olub olub ki, onun dilinə iynə batıb.

Həkim bildirib ki, bu kimi şikayətlərlə çox zaman baş örtüklərini taxarkən ağızlarında iynə saxlayan və bu zaman iynəni udan şəxslər müraciət edirlər.

O qeyd edib ki, bu hadisənin yemək zamanı baş verməsi qəribədir.

“Yeni Şafak”


Abunəlik