BNA əməkdaşlarından daha bir qanunsuz əməl-VİDEO

Baxılıb:338
BNA əməkdaşlarından daha bir qanunsuz əməl-VİDEO

Bu dəfə vətəndaş şikayəti  BNA işçilərindəndir. Vətəndaş:” Azadlıq prospekti “Music galaeri” istiqamətindən üzü  “Hiltion hotel”ə düşən  istiqamət  Azərbaycan Hava  Yolları binasının qarşısında  parklanma  üçün  nəzərdə tutulmuş yerdə   qanunsuz olaraq cərimə yazmaları mən  və mənim kimi  yüzlərlə sürücünü  bezdirib.    Bir dəqiqə belə  maşını saxlamağa imkan  verilmir. Onların əlindən  maşında  ürəyi sıxılan,  su istəyən  və ya aprkə düşüb  bir dəqiqəlik belə lazım olan bir dərmanı götürməyə imkan  verməyən BNA işçiləri  hər dəfə  qanundan danışır, ancaq özləri qanuna əməl etmirlər.Sizə təqdim etdiyimiz videoda BNA əməkdaşlarının heç bir yol  hərəkəti qaydalarına riayət etmədiyini, təhlükəsizlik kəmərindən belə istifadə  etmədiklərini açıq-aşkar görmək olar.   Hörmətli AzTimes.az, sizdən xahiş edirik ki,  bu məsələni Bunu ictimailəsdirəsiniz. Bəlkə Dövlət  Yol Polis əməkdaşları bununla bağlı tədbir gördülər”


Abunəlik