BMT tribunasından Azərbaycan və Ermənistana müraciət: Biz bunu istəyirik
Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və iki ölkəyə münasibətlərin tənzimlənməsi üçün regional əməkdaşlıq formatını təklif edir.
Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
“Sülhün vacibliyini dərk edərək, biz Cənubi Qafqaz regionunu münaqişə bölgəsindən imkanlar bölgəsinə çevirmək səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh prosesini, xüsusilə qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq səylərini alqışlayırıq. Mübahisələrin keçmişdə qalmasını, regionun resurslarının və üstünlüklərinin dünyaya təklif olunmasını təmin etmək üçün ölkələr arasında əməkdaşlıq və etimadın qurulmasını dəstəkləyəcək regional əməkdaşlıq formatı istəyirik”, – Gürcüstanın baş naziri bildirib.