BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Baxılıb:86
BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə DƏYİŞİKLİK

Danimarka, Yunanıstan, Pakistan, Somali və Panama 2025-2026-cı illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq.

Bu barədə dünya təşkilatının Baş Assambleyasının qərarında bildirilir.

Ümumilikdə BMT Təhlükəsizlik Şurasına təşkilata üzv olan 15 dövlət daxildir. Hər il strukturun beş qeyri-daimi üzvü ayrılır və onların yerinə başqa beş ölkə seçilir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün ərizəçi dövlət Baş Assambleyanın müvafiq iclasında zalda iştirak edənlərin ən azı üçdə ikisinin səsini almalıdır.

Adı çəkilən ölkələr İsveçrə, Malta, Yaponiya, Ekvador və Mozambik kimi dövlərin yerlərini tutacaq. Onların BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatacaq.

2024-cü il fevralın 26-da dünya təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının tərkibində ciddi islahatlara və iş metodlarının dəyişdirilməsinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, bu struktur hazırkı formada Ukrayna münaqişəsinin və İsrail qoşunlarının Qəzza zolağında əməliyyatının qarşısını ala bilməyib. Dünya təşkilatının rəhbəri vurğulayıb ki, bütün bunlar “ölümcül ola bilər” və BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıdıb.


Abunəlik