BMT-dən İsrailə növbəti ittiham: Cinsi zorakılıq, qəddar və qeyri-insani rəftar…

Baxılıb:105
BMT-dən İsrailə növbəti ittiham: Cinsi zorakılıq, qəddar və qeyri-insani rəftar…

İsrail hakimiyyəti oktyabrın 7-dən bəri anklavda həyata keçirilən əməliyyatlarda, Qəzza zolağında müharibə prinsiplərini pozmaqda və fələstinliləri məhv etməkdə günahkardır.

Bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi nəzdində müstəqil beynəlxalq araşdırma komissiyasının sədri Navi Pillay bildirib.

“İsrail hakimiyyəti müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən kütləvi qırğın, mülki şəxslərin və obyektlərin qəsdən hədəfə alınması və qətllərə görə məsuliyyət daşıyır”, – deyə o, BMT Şurasında çıxışı zamanı deyib.

Pillay həmçinin İsraili fələstinlilərə qarşı “məcburi köçkünlük, gender əsaslı təqib, cinsi zorakılıq, qəddar və ya qeyri-insani rəftarda” ittiham edib.


Abunəlik