“Biz Rusiyanın qulu idik, Belarus isə…” – İrəvandan Lukaşenkoya sərt cavab

Baxılıb:124
“Biz Rusiyanın qulu idik, Belarus isə…” – İrəvandan Lukaşenkoya sərt cavab

Lukaşenko çox şey dedi. Onun əsas çıxışı budur ki, Ermənistan hara qaçmalıdır? O ölkə təhkim statusunda yaşayır, biz təhkim statusunda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik. Ki, kiminlə istəsək görüşək, hərbi-texniki müqavilələr bağlayaq.

Bu sözləri Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan deyib.

“Bəli, biz Rusiyadan asılı idik. Biz Rusiyanın qulu idik, çünki Rusiya bizə hər şeyi diktə edirdi: bu ölkə ilə görüşmək, o ölkə ilə ünsiyyət qurmaq yox, bizdə nazir və ya prezident kim olursa olsun…”, – deyə hakim partiyanın üzvü bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın İrəvanın KTMT-də iştirakı ilə bağlı bəyanatını şərh edib. O bildirib ki, “əgər Ermənistan KTMT-də olmaq istəmirsə, olmasın. Ermənistansız təşkilat dağılan deyil. Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını da itirməsinlər”.

Lukaşenko ermənilərə tələsməməyi və qəfil addımlar atmamağı tövsiyə edib. O, Ermənistanın Fransa ilə təmaslarına da diqqət çəkib: “Onlar Fransada Makronla daim əlaqə saxlayırlar. Sonra bəyanatlar verildi. Fransa zenit müdafiə sistemləri, ordu və iqtisadiyyata kömək edəcək. Bir sözlə, Paris İrəvanı çiyninə alıb daşıyacaq. Heç kim heç kimi götürməyəcək”.


Abunəlik