Biz batdıq, balalar batmasın…Qurumlara MÜRACİƏT
Bir zamanlar, əyalətlərdə belə gənclərin asudə vaxtı üçün imkanlar var idi. Dərnəklər, mədəniyyət evləri, konsert zalları, yay, qış kinoklubları, istirahət parkları, kitabxanalar, sanballı musiqi məktəbləri, sənət məktəbləri. Məhşurların hamısı əyalətə gedirdi, dövlət konsertinə.
Bunların hamısını gənclər dövlətdə, böyük şəhərlərlə birgə, əyalətdə də pis vərdişlərə öyrənməsin deyə edilirdi. Boş vaxt qalmırdı.
Və bunların hər biri sağlam nəsil yetişdirmək üçün idi. Yəni gənclərin yetişdirilməsi üçün ideoloji təbliğatın qolları idi. Nooldu? Heç nə… sistemin necə deyərlər, anasını ağlatdılar.
Kimlər? Rüşvətxor və korrupsionerlər. Indi həmin boşluqlarda oturanları sadalayım sizə:
-Narkot alveri və istifadəsi
- Dini şovinizm
- Feminizmin xüsusi düşünülmüş Azərbaycan formatı
- LGBT aktivliyi
- Sosial problemlər
- Işsizlik
- Fərqli dini təriqətlər
Hamısı düzgün olmayan həyat tərzinə, psixoloji anamiyaya aparır. Şəxsiyyət natamamlığına gətirir. Ölkədə vətəndaş, insan yetişdirə bilmirik. Özünü tapa bilməyən gənclər intihar edir. Bu ailələrdən çox ölkənin probleminin ilkin SOS siqnallarıdır.
Hə, desəniz ki, müharibəni dövlət gənclərlə uddu, ədalətsizsən. Orda dayanın və deyim biləsiniz, bəli, elədir. Amma o gənclərlə və ümumiyyətlə ölkədə Qarabağla bağlı ideoloji təbliğatın otuz illik nəticəsinin bəhrəsi idi bu. Mövqeyimdə dəqiqəm, isrqrlıyam və min faiz əminəm. Istiqamət düz olduğu üçün nəticə arziladığımız oldu. Amma qalan heç bir sahədə vəziyyət bu deyil.Azərbaycan Respublikası Baş Prokurorluğu,
Azərbaycan Respublikası Daxiliişlər Nazirliyi,Azərbaycan Respublikası Idman və Gənclər Nazirli,Azərbaycan Reapublikası Mədəniyyət Nazirliyi,DiniQurumlarlazIşüzrəDövlətKomitəsi, cənablar, sizlər nə zaman psixoloqlar, sosioloqlar, media ilə işbirliyinə gedib, bu mövzuları araşdıracaqsınız?! Nə zaman pul kisələrindən başlar qalxacaq?!
Qardaşlar, Ziya, Əli, Ramiz, Əbülfəs, Kamal, Qorxmaz, Eldar, Zakir, Oqtay, nə bilim lap elə olsun Həsəndadaş…xülasə onlar indi yeməyib ha ölkəni, illərdir göz qabağında yeyiblər. Mətbuatı da heç yerinə alan olmayıb. Indi hamı ayılıb ki, almaq lazım imiş. Alınsaydı, bu günə qalmazdı kimsə. Nə ölkə, nə mətbuat, nə xalq… Amma almadılar və qaldıq. Indi də bəzi efirlər və syatlar, nəhəng dediyimiz konkret imzalar, hər şeyi malalayır. Olmaz! Gözəl bir otağa bahalı xalı salıb, altını zibillə doldurmaq olmaz. Bu bizə nə verdi, indiki günümüzü?!.
Biz vətən müharibəsinin qalibiyyət sevincini də sağlam vətəndaş, insan olaraq doyasıya yaşaya bilmirik. Və indi yuxarıda sadaladığım o “həsəndadaşların” atasını da odlasanız, pul verəsi deyillər. Versələr də qəpik-quruş, vəssalam. Odur ki, qadanız alım, gəlin iş görək. Bizə heyiflər olsun, bizim nəsil adamlar batdı məmləkətdə, mənən də, maddi də. Barı ölkə və balalar batmasın. Barı bu psixozun qarşısını ala bilək. Barı milli qeyrətimizi xatırlayaq, ona qayıdaq…
Jalə Mütəllimova
.