“Birinci xanımlar”ın dəbdəbəli həyatının pərdə arxası- SİLSİLƏ

Baxılıb:519
“Birinci xanımlar”ın dəbdəbəli həyatının pərdə arxası- SİLSİLƏ

Bəzən insan uzaqlarda parlayan bir mirvarini əldə etmək üçün  arxasınca gedər. Ağır, məşəqqətli yollar keçib həmin xəzinəyə yetişəndə, uzaqdan gözünü qamaşdıran parıltının ya sabun köpüyü, ya şeh olduğunu anlayar…  Bizim böyük həsədlə ekranlardan, saytlar və elit jurnalların üz qabığında izlədiyimiz birinci ledilərin gözəl, xoşbəxt görünüşləri hər şey deməkdirmi? Kənardan əlçatmaz, ağıllı, namuslu, sözün hər mənasında ideal görünən bu xanımlar əslində kimdirlər?

  1. Ri Sol Yu.Похожее изображение

Şimali Koreyanın  dövlət başçısı, öz qəddarlığı ilə ad çıxaran diktator Kim Çen in  həyat oldaşı olan bu xanım demək olar ki, dövlət tədbirlərindən başqa heç bir yerdə görünmür. Onun diktatorla izdivacdan 2qız, 1 oğlan olmaqla 3 övladının olmasına baxmayaraq uşaqlar tam məxvi saxlanılır. Ri Sol Yu nun hamiləlik dönəmində bir fotoqrafı belə yayımlanmayıb. Keçmişi barədə bilgilərin yayılmamasını qarantiyə almaq məqsədi ilə ad və soy adının Kim Çenlə nigandan öncə dəyişdirildiyi bildirilir. Bəzi mənbələr onun valideyinlərinin həkim olduğunu deyir. Картинки по запросу Ri Sol Yu.

Lakin o, ailə qurduqdan sonra doğmaları  ilə demək olar ki, heç görüşməyib.Əhalisinin aclıqdan əziyyət çəkdiyi, bütün  dünya ilə əlaqəsiz  mövcudluğunu qorumağa çalışan ölkədə ən varlı  adam  Kim Çenin hərəmxanası dillərə dastandır. Burdan belə nəticəyə gəlmək olar ki, Ri Sol Yu ancaq fiqur rolunu oynayır.

  1. ABŞ-ın birinci xanımı MelanyaTramp.Похожее изображение

.

Sloveniya əsilli xanım sadə ailədə böyümüş, şou aləmində öz sözünü deyərək sayılıb seçilən top modellər sırasında bərqərar olmağı bacarmışdı.Картинки по запросу melania trump Dünyanın ən varlı şəxsləri sırasında adı çəkilən Donald Tramp ABŞ prezidenti seçildikdən sonra əri ilə birlikdə Ağ evdə yaşamağa başlayan Melaniyanın bu izdivacdan bir oğlu var. Bütün görüşmələrdə və tədbirlərdə ərini müşaiyyət edən bu xanım  izdihama və kameralara daim gülümsəsə də onun prezidentlə daim ailədaxili çəkişmələrdə olması mediaya sızır. Hətda bəzi nüfuzlu saytların yaydığı məlumata görə   Melaniyanın dəfələrlə xəyanətlərinə baxmayaraq o boşana bilməmişdi.

3.Əsma Əsəd- Suriyanın birinci xanımı.Похожее изображение

Əsma Fəvaz əl -Əxrəz  Suriya əsilli Britaniya vətəndaşıdır. O, Londonda dünyaya gəlib.Londonda ən yüksək təhsil ocaqlarında informatika  və fransız ədəbiyyatı sahəsində təhsil almış Əsma, Bəşər Əsədlə ailə qurub. onların bu izdivacdan 3 vladı var. Baş verən bütün çətinliklərə rəğmən hər zaman Bəşər Əsədin yanında olan birinci xanımın səhhəti ilə bağlı yayılan xəbərlər dünya gündəmini zəpt edib.Картинки по запросу əsma əsəd

Belə ki, onun süd vəzi xərçəngdən əziyyət çəkdiyi, Suriya prezident administrasiyasının yaydığı məlumatda bildirilib.  Həm xarici görünüşü, həm insani keyfiyyətlərinə görə bu qadın Suriyada “Səhra gülü” ləqəbini qazanıb.

4.Türkiyənin birinci xanımı Əminə Ərdoğan(Gülbaran)Картинки по запросу əminə ərdoğan kimdir

Əminə çoxuşaqlı ailənin beşinci  vladı idi. 4 qardaşın tək bacısı olan Əminə hər zaman qardaşlarının basqısına məruz qalmış, evdən bayıra əsla nəzarətsiz çıxa bilməmişdir. O 15 yaşı olarkən oxuduğu məktəbi yarımçıq qoymuş, buna görə də böyük qardaşı onu ailə qurmağa təhrik etdiyi üçün intihara cəhd etmişdi. Похожее изображение Rəcəb Teyyub Ərdoğanla  tanış olanadək dərzi kimi fəaliyyət göstərmişdi. Təsadüfən konfransda Rəcəblə tanış olmuş, və Türkiyənin birinci xanımı olmaq kimi şansı qazanmışdı Onlar 1978 ci ildə evlənmişdilər.  Uzun müddət qaynanası ilə arası yaxşı olmamışdır. O, ancaq lüks geyimləri , gümüş aksesuarları tərceh edir. Yeməyinə və pəhrizinə xüsusi diqqət yetirir.

ARDİ VAR…………

Aztimes.az /Pərvin Abışova/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir