Birinci Kosmik Müharibəyə hazırlıq başladı – Yer orbitində peyklər VURULA BİLƏR

Baxılıb:39
Birinci Kosmik Müharibəyə hazırlıq başladı – Yer orbitində peyklər VURULA BİLƏR

Rusiya Qərblə genişmiqyaslı Birinci Kosmik Müharibədə qalib gəlmək üçün istifadə oluna biləcək silah arsenalını inkişaf etdirir.

Bu barədə Forbes yazır.

Təhlükəsiz Dünya Fondunun Kosmik Təhlükəsizliyi və Sabitlik üzrə Baş Direktoru Viktoriya Samson deyib ki, Moskva “A-235” (Nudol) raketdən müdafiə sistemini sınaqdan keçirir, o da aşağı Yer orbitində peykləri vura bilir. O, həmçinin əvvəllər Rusiyanın əsas “Starlink sistem esminesləri” kimi təsvir edilən “Tobol” və “Kalinka” sistemləri ilə bağlı narahatlığını ifadə edib .

“Moskva belə qənaətə gəlib ki, müasir müharibə aparmaq, cari və gələcək münaqişələrdə qalib gəlmək üçün kosmosun hərbi aspekti həlledici əhəmiyyət kəsb edir. Rusiya ordusu fəal şəkildə düşmən kosmik obyektlərini sıradan çıxarmaq və ya məhv etmək bacarığına yiyələnməyə çalışır”, – Samson bəyan edib.

Bundan əvvəl ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirmişdi ki, ABŞ kosmosa silah yerləşdirməlidir. Onun fikrincə, bu cür silahlar kosmik münaqişələrin qarşısını almağa kömək edəcək.


Abunəlik