Bir çox heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlandı – SİYAHI

Baxılıb:108
Bir çox heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlandı – SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

  Musavat.com

Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
Bakı şəhəri üzrə
1.Bədəlov Faiq Tahar oğluSuraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsiYenidən bərpa olunmuş qurğular sökülüb
2.Namazov Tujar Abizər oğluSuraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küç., ev 2Yenidən bərpa olunmuş qurğular sökülüb
3.Əhmədzadə ElvinMüqarib oğluXətai rayonu, Əhmədli qəs., Sarayeva küçəsi 20CYenidən bərpa olunmuş qurğular sökülüb
4.Mikayılov İsmayılMurtuza oğluXətai rayonu, S.Ə.Şirvani küçəsi 9Yenidən bərpa olunmuş qurğular sökülüb
5.Məmmədov Məmməd Pərviz oğluXətai rayonu, S.Ə.Şirvani küçəsi 9Yenidən bərpa olunmuş qurğular sökülüb
6.Məmmədov EminElxan oğluXətai rayonu, S.Ə.Şirvani küçəsiYenidən bərpa olunmuş qurğular sökülüb
Xaçmaz rayonu üzrə
7.Əhmədov MuradHakim oğluXaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb
8.Kərimov Eyvaz Kərim oğluXaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb
9.Məlikməmmədov Rəşadİlyas oğluXaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.


Abunəlik