Bir beyni olan iki başlı uşaq dünyaya gəlib

Baxılıb:169
Bir beyni olan iki başlı uşaq dünyaya gəlib

Pakistanın Sucaval dairəsinin sakini iki başlı uşaq dünyaya gətirib.

Bu barədə “Geo News” xəbər yayıb.

Bildirilir ki, körpə Sind vilayətinin Badin şəhər xəstəxanasında doğulub.

Həkimlərin sözlərinə görə, ana və uşağı sağlamdır, həyati təhlükələri yoxdur.

USM müayinəsi zamanı uşağın beyninin iki baş arasında bölündüyü müəyyənləşib.

Körpənin vəziyyəti stabil qiymətləndirilir. Həkimlər onun başının ayrılması əməliyyatını həyata keçiriblər.

Uşaq və anası gələcəkdə fəsadların qarşısının alınması üçün həkim nəzarətində qalacaqlar. Oxu.az.


Abunəlik