“Binəqədi Bələdiyyəsi dövlətə yalan HESABAT VERİR”

Baxılıb:258
“Binəqədi Bələdiyyəsi  dövlətə yalan HESABAT VERİR”

“Neçə gündür dişim bağırsağımı kəsir. Deyirəm yazım. Sonra düşünürəm ki, bəlkə Niyaz Niftiyevə zərər vurmuş olaram, dayanıram. Amma daha keçib, bu riski edib yazıram.

Binəqədi bələdiyyəsi haqda dövlət başçısına yalan məlumat, hesabat veriblər.

Niyaz turulanda, məmurdan qabaq təbii ki, ortada bir keçmiş jurnalist həyatı söz konusu idi və camiyədə ciddi etirazlar başlamışdı olaya. Niyazı hamımız əqidəli, əxlaqlı zilayı biri kimi tanıyırdıq. Buna adım kimi əminəm ki, dövlətin üst rəhbərliyi bu etirazı görüb. Və şəxsi nəzarətə alınan iş haqda hesabat istəyib. Hesabatı da yalan-palan hazırlayıb veriblər. Istisna eləmirəm, Niyazın da səhvi olub. Mənim üçün onun ən böyük səhvi, iliyinə qədər jurnalist olduğu halda, vəzifəyə can ayması idi. Özü də bələdiyyə kimi boğazacan zibil içində olan yeri seçməsi mənim gözümdə Niyazı ikiqat günahkar elədi. Bəli, bu Niyazın günahıdır. Sözügedən məlumatlarda isə Binəqədi bələdiyyəsində nə qədər zibil oyun var hamısını yükləyirlər adamın üstünə. Və təbii ki, bu qədər olaya dövlət başçısı əsəbləşməyə bilməzdi. Dəqiq xatırlayıram Niyazın adı çəkilməsə də cənabın çıxışlarından birində Binəqədi bələdiyyəsi olayı haqda iki-üç cümlə deyildi.

Indi vəziyyət o ki, bu qorxaq məmur sürüsü, nə takrar hesabat verib, yalan demişik etirafına cürət edir, nə də Niyazı azad edə bilir. Çünki azad olunan anda sosial şəbəkədə partlayış yaranacaq və onlardan soruşulacaq ki, bu günahsız idisə, hanı günahkar olan? Məsələ bu qədər dolaşıqdır. Mənsə Niyazı yenə də jurnalist kimi sıralarımızda görəcəyimə ümidvaram. Çünki düz əyrini mütləq kəsir.”

AzTimes.az ki xəbər verir ki bunu şəxsi”Facebook” hesabında tanınmış jurnalist Jalə Mütəllimova yazıb.


Abunəlik