Biləsuvarda dövlət tenderlərini KİMLƏR UDUR? – İLGİNC SİYAHI
2020-ci ilin yanvar-sentyabr aylarında Biləsuvar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon min 349 min 270 manat olan 11 tender keçirilib.
FED.az-ın məlumatına görə, ən çox tenderi Biləsuvar Suvarma Sistemləri İdarəsi keçirib. İdarə 5 tender keçirib. 5 tenderin 5-ni də “Ruzi” MMC qazanıb.
Ümumi məbləğinə görə Biləsuvar Rayon İcra Hakimiyyəti birincidir. İcra hakimiyyətinin 3 tenderinin ümumi məbləği 819 min 976 manat olub.
Bundan başqa, rayonda K.Ağayev adına Biləsuvar şəhər Texniki Fənlər təmayüllü İnternat tipli Məktəb-litseyi də tenderlər keçirib.
Rayonda keçirilən ən böyük məbləğli tenderləri “Ruzi” MMC və “Cənub Təmir Tikinti-1” MMC qazanıb. “Ruzi” MMC ümumi məbləği 478 min 995 manat olan 5 tender və “Cənub Təmir Tikinti-1” MMC ümumi məbləği 752 min 226 manat olan 2 tender qazanıb.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Biləsuvar rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.