Biləsuvar blokadaya salındı-əhali Bakı-Biləsuvar yolunu bağlamağa hazırlaşır

Baxılıb:174
Biləsuvar blokadaya salındı-əhali Bakı-Biləsuvar yolunu bağlamağa hazırlaşır

Dunən Biləsuvar rayonunda əsən zəif külək və yağan yağışdan sonra saat 23:00 -dan etibarən rayonun İsmətli,Gunəşli Ağayrı,Cinarlı,Aranlı, Zəhmətabad,Çaylı, Nəsimikənd, Bağbanlar kəndində elektrik enerjisinin verilişi dayandırılıb. Məsələ ilə əlaqədar müraciətlərə baxmayaraq heç bir qurum açıqlama vermir. Sərhəd ərazidə yerləşən rayonda dəfələrlə su, qaz, telekommunikasiya problemləri işıqlandırılmasına baxmayaraq aidiyati qurumlar susur. Vətəndaşların yaxın saatlarda Bakı-Biləsuvar yolunu bağlama ehtimalı var. Ölkənin belə acınacaqlı, həssas vaxtında məmurların bu laqeyidliyi əhalini üsyana təhrik edir.
Nihat Cəbrayıl , Biləsuvar /Aztimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir