BİABIRÇILIQ: Ayağını itirmiş daha bir qaziyə III qrup təqaüd-VİDEO

Baxılıb:436
BİABIRÇILIQ: Ayağını itirmiş daha bir qaziyə III qrup təqaüd-VİDEO

Məmmədov Nurlan Qurban oğlu Ağstafa rayonunun Tatlı kəndindəndir.26 yaşı var. AzTumes.az xəbər verir ki, onunla bağlı Kəmalə Ağazadə bir muddət öncə paylaşım etmişdi. Bu gün mövzunu yenidən gündəmə gətirən QHT rəhbəri qazinin videomüraciətini paylaşaraq bunları yazıb:

“”Nurlan,bir istəyin varmı?” soruşduqda “Kəndimizdə bir çox evlərdə telefon yoxdur. Xətt çəkilsə,uşaqlar internet vasitəsi ilə onlayn dərslərə qoşulardı,təhsil alardılar.” demişdi QAZİMİZ…

Dünəndən dəfələrlə danışmışam, yalvarmışam,izah etmişəm…Amma durumu çox ağırdır,depressiv vəziyyətin səbəbi isə ona 3-cü qrup əlilliyin təyin edilməsidir. İntihar həddindədir… Gecədən yalvarıram ki, etmə…İndi isə mənə video göndərib israr edib ki, paylaşın,bəlkə anlayarlar ki,mən qəzada ayağımı itirməmişəm,mənim iki barmağım kəsilməyib,mənim ayağım dartılıb uzanmayacaq…Anlayıram ki, qanunda nə nəzərdə tutulubsa o tətbiq edilib,o qrup qeyd olunub. Bəlkə qanuna dəyişiklik edilsin? Bəlkə xüsusi bənd müharibədə yaralanmış əsgərlərə şamil olunsun? Bilmirəm…Amma onu bilirəm ki, qazinin durumu çox ağırdır,psixoloji gərginliyi onu intihara sövq edə bilər…Çox xahiş edirəm,ictimailəşdirək…Siyasiləşdirməyək…Qanuna dəyişiklik olunması məsələsinə baxılsın…Və təcili olaraq Nurlanla psixoloqlar görüşsün!


Abunəlik