Beynəlxalq uşaqları müdafiə günündə Xoşqədəm Hidayətqızıdan möhtəşəm addım

Baxılıb:387
Beynəlxalq uşaqları müdafiə günündə Xoşqədəm Hidayətqızıdan möhtəşəm addım

Xəzər televiziyasının efirində Xoşqədəm Hidayətqızının təqdimatında izlənilən “Səni axtarıram ” layihəsi yetəri qədər reytinqə malikdir. Sosial mediada ancaq qalmaqalları müzakirəyə çıxarılan bu verliş nə təəssüf ki, ora gələn , doğmalarının axtarışına çıxan insanların qalmaqalları ilə ələşdirilir. Amma heç bir xəbər portalı bu verliş vasitəsi ilə öz sağlamlığına qovuşan vətəndaşları ictimailəşdirmir. Onlar barədə oxucu və izləyicilərini məlumatlandırmır. Səbəb isə bəllidir. Axı oxu sayı olmayacaq. Bir xəbər portalına IP gətirməyəcək xəbər niyə vaxt sərf edilərək yazılsın ki???

Mənim üçün oxu sayı heç vaxt maraqlı olmayıb. Vətəndaşın problemi həll olsun,yetər. Ona görə istəyirəm sizə aysberqin görmədiyiniz və ya bəzilərinin görməzdən gəldiyi tərəfi göstərim.

Bir çoxlarının uğuruna qiptə etdiyi, bu qiptəni kinə,küdurətə çevirib saxta profillərlə təhqir yağdırdıqları Xoşqədəm Hidayətqızı bu layihə vasitəsi ilə yüzlərlə insanlara verlişə sponsorluq edən klinikalar və həkimlər vasitəsi ilə yardımçı olur. Həftə içi beş gün yayımlanan verilişdə hər gün ən azı 8-9 xəstə müalicə və əməliyyat üçün aidiyyəti üzrə klinikalara yönləndirilir.

Uşaqların beynəlxalq müdafiəsi günü 4 körpə “Nömrə-1” psixologiya mərkəznə yollanılıb. Daha sonra Xoşqədəm Hidayətqızı böyrək çatışmazlığından əziyyət çəkən Əli üçün kampaniya başladıb.

Nəzərinizə çatdıraq ki, Əlinin böyrək nəqli əməliyyatına 15 000 AZN məbləğ tələb olunur. Əli bu layihədə kampaniyası təşkil olunan ilk körpə deyil. Bir müddət öncə müalicəsinə külli miqdarda pul tələb olunan iki körpə üçün yola çıxan aparıcının çağırışına birinci xanımdan dəstək gəlmiş, körpələrin müalicəsi Heydər Əliyev fondu tərəfindən üstlənmişdir. Biz birlikdə güclüyük!

Pərvin Abışova AzTimes.az


Abunəlik