Beyləqanda şagirdlərlə görüş keçirilib-FOTO

Baxılıb:415
Beyləqanda şagirdlərlə görüş keçirilib-FOTO

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun 1 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratdığını qeyd edən rəis bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.
Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Abunəlik