Beşulduzlu oteldə iki il PULSUZ QALDI – Polis fırıldaqçını axtarır
Hindistan polisi fırıldaqçılıqda şübhəli bilinən Ankuş Duttanın işini araşdırır.
O, iki ilə yaxın beşulduzlu oteldə pul ödəmədən yaşayıb.
Məlumata görə, Dutta 30 may 2019-cu ildə Dehlidəki “Roseate House” otelində bir günlük otaq bron edib. Lakin o, qalmasını 22 yanvar 2021-ci ilə qədər 603 gecə uzadaraq, geridə 70 min dollarlıq ödənilməmiş hesab buraxıb.
Otel rəhbərliyi bildirib ki, faktiki borcu gizlətmək üçün hesablar saxtalaşdırılıb. Otel menecerləri bir neçə işçiyə qarşı sövdələşmə və dələduzluq ittihamı ilə polisə şikayət edib. Onlar işçilərin rüşvət aldığından şübhələnirlər.