Beşinci zəvvar qrupları bu gün Həcc ziyarətinə yola düşəcəklər

Baxılıb:47
Beşinci zəvvar qrupları bu gün Həcc ziyarətinə yola düşəcəklər

Azərbaycandan Həcc ziyarətinə yollanan beşinci zəvvar qrupları bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, digər günlərdən fərqli olaraq bu gün zəvvarlar iki relslə -saat 11:00 və 17:55-də müqəddəs məkana yollanacaqlar.

Qeyd edək ki, zəvvar qruplarını aparan təyyarə 25-31 may tarixlərində hər gün havaya qalxır.


Abunəlik