Belarusiya inqilabın nümunəsidir

Baxılıb:783
Belarusiya inqilabın nümunəsidir

Belarusdakı hadisələrin necə nəticələnməyindən asılı olmayaraq çox ağıllı xalq inqilabı nümunəsi hesab edirəm. Xalq hər bir yaranmış problemə məntiqlə yanaşıb lazımi addımlar atırlar:Dövlət mobil interneti məhdudlaşdırır, aşağı mərtəbələrdə yaşayan insanlar wi-fi-larını şifrəsiz edir.

Dövlət insaların məlumat ala bilməməsi üçün müxalif kanallara giriş məhdudiyyətləri yaradır, insanlar yeni VPN-lər paylaşır, teleqram kanallar yaradılır, çox iştirakçılar çəkilişlər edərək vəziyyəti paylaşır.

Dövlət təcili yardımı idarə edib, yaralanmış insanlara yardım etməsinin qarşısını almaq istəyir. Həkimlər qrup yaradır və özləri yardım etməyə çalışır.

Güc strukturlarının harada olduğunu, hərəkətini izləmək üçün onlayn xəritələr paylaşılır.

İştirakçıların işdən qovulması qorxusuna qarşı hər kəsi 11 avqustdan tətilə çağırırlar. Əgər heç kəs işləməsə, heç kəsi də işdən çıxartmaq olmayacaq.

Polislər və hərbçilər videolar çəkərək baş verənlərə görə öz vəzifələrindən utandıqlarını bildirir və formalarını zibil yeşiyinə tullayır. Və bu artıq trend olaraq kütləviləşməyə başlayır.

Sürücülər güc strukturu avtomobillərinin qarşısını kəsərək insanları izləməyə mane olur.
Bir sözlə kimin əlindən nə gəlirsə, azadlıqları üçün etməyə çalışır.

Tofiq Ağayev /AzTimes.az/


Abunəlik