Belarus tankları Ukrayna sərhədində

Baxılıb:101
Belarus tankları Ukrayna sərhədində

Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları Ukrayna ilə sərhədə göndərilir.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tanklar qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi qərarı çərçivəsində yerləşdirilir.

“Hərbi qulluqçular hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayırlar”, – məlumatda qeyd olunub.

Bölmələrin qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazır olduqları vurğulanıb.


Abunəlik