Bazarda meyvə-tərəvəzin qiyməti niyə ucuzlaşmır?
Paytaxtın 8-ci kilometr bazarında bu məhsul boldur.
Mövsümün vazkeçilməzi olan yemiş və qarpız bazarda boldur. Yemişin kiloqramı 1.30-160 arası dəyişir. Qarpızın kiloqramına gəlincə, 50-55 qəpik arasında dəyişir.
Şaftalının qiyməti 1.50 dən başlayır. Ərik isə satıcılar deyir ötən mövsümlə müqayisədə daha ucuzdur. Bundan başqa pomidor və xiyarın da qiymətində ucuzlaşma olduğunu deyirlər.
Beləliklə lobyanın qiyməti 2 manat, kabakın kiloqramı 60 qəpik, gül kələmi 2 manat, badımcan iki manta təklif olunur. Göyərtinin 5 ədədi 1 manat, yaşıl bibər 1.50 qəpikdir. Göbələk 4-4.50 satılır.
Kartof və soğana gəlincə qimət dəyişmir.
Alıcılar isə deyir ki, bu məhsul bol olsa da qiymətlər də artım var . Bir sözlə alıcılar qiymətin baha, alıcılarlar isə ucuz olduğunu deyir. Görünən isə odur ki, keyfiyyətli malın qiyməti həmişə olduğu kimi baha, az keyfiyyətli isə ucuza təklif olunur.