Bayramov Mirzoyana nə deyib? – Qapalı görüşün təfərrüatları
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə qapalı görüş keçirib.
Görüşdə Mirzoyan sülh prosesi haqda məlumat verib.
“Hraparak” nəşri yazır ki, Mirzoyan iki həftə əvvəl Ceyhun Bayramovla keçirdiyi görüş haqda danışıb.
“Bildirib ki, Azərbaycan sülh sazişində Alma-Ata bəyannaməsinə istinad edilməsini qəbul etmir. Bu, Bakının hədəflərinin böyük olduğunu göstərir. Nikol Paşinyan daha öncə bununla bağlı razılaşma olduğunu demişdi, lakin Mirzoyan qapalı görüşdə onun dediklərini təkzib edib”, – nəşr yazır.