Bayramlarda qiymətlərin tənzimlənməsi niyə həyata keçirilmir?
Novruz bayramını səmənisiz və ənənəvi şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Satışda isə hər qiymətə səməni və şirniyyatlara rast gəlinik. Bəzən elə qiymətlər vurğulanır ki, rəqəmləri eşitdiyimiz zaman dodağımız uçuqlayır.
Təəssüf ki, bu hal bizim üçün heç də ögey deyil. Çünki hər bayramda qiymət artımını görmək ənənə halını alıb.
Bayramlarda və xüsusi günlərdə qiymətlərin tənzimlənməsi niyə həyata keçirilmir?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymətlərin tənzimlənmə mexanizmi yoxdur:
“Ümumiyyətlə, Azərbaycanda dövlət tərəfindən tənzimlənən qiymətlər daha çox komunal xidmətlərə və yanacağa aiddir. Digər qiymətlərin isə heç bir tənzimləmə mexanizmi yoxdur. Azərbaycanda rəqabət mühiti yarada bilsək, qiymətlər o zaman bazar qaydalarına görə tənzimlənməlidir. Bizdə problem rəqabətli mühitin olmamasıdır. Nəticə etibarı ilə də qiymətlərin yüksəldiyini görə bilirik”.