“Bayram Səfərov əraziləri işğal edib!”

Baxılıb:666
“Bayram Səfərov əraziləri işğal edib!”

Bayram Səfərovu yenidən icra başçısı təyin etmək olmaz.

AzTimes.az bildirir ki, bu sözləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev baxar.az-a açıqlamasında deyib. O bildirib ki, indiki məqamda Şuşa şəhərinə hər kəs tərəfindən qəbul edilən yeni bir kadr təyin olunmalıdır:

“Mən çox istərdim ki, indiki məqamda Şuşa şəhərinə normal, qəbul edilən, prosesi apara bilən icra başçısı qoymaq lazımdır. Bayram Səfərov kimi adamla o prosesi aparmaq mümkün deyil. Bayram Səfərovu yenidən Şuşaya icra başçısı qoymaq olmaz. Bu, Şuşa sakinlərinə də xoş olmayacaq. Şuşa illərlə işğal altında olub, o da Binəqədi rayonunda və digər rayonlarda əraziləri işğal edib!” – deyə, Elşad Musayev bildirib. 

Nəzərinizə çatdıraq ki, Bayram Səfərovun Abşeron və Binəqədi rayonlarında hektarlarla toroaq sahələrinin, Bakının müxtəlif yerlərində restoranlarının olduğu iddia edilir. Bütün bunları əldə etmək üçün icra başçısının maaşı yetərlidir ki? Mövzuya qayıdacağıq.


Abunəlik